Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2020 00:44
Bakı. Trend:
Yerevanın ümumi hüquq məhkəməsi "Çiçəklənən Ermənistan" müxalifət partiyasının lideri, biznesmen Qagik Tsarukyanın həbsinə dair qərar verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə müxalifət partiyasının lideri vəkili Yerem Sarkisyan deyib.
Y.Sarkisyan bildirib: "Gözlədiyimiz kimi, məhkəmə Qagik Sarukyana qarşı həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib".
Vəkil əlavə edib ki, Tsarukyanın müdafiəsi apelyasiya şikayəti hazırlayır.