Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2020 07:18
Həftəsonu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 26 sentyabr gecə 00:00-dan Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.
İctimai nəqliyyat sentyabrın 28-i səhər saat 06:00-da yenidən fəaliyyətlərini bərpa edəcək.