Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2019 10:56
PSJ-nin futbolçusu Neymarın atası oğlunun "Barselona"ya keçəcəyi iddialarına münasibət bildirib.
Qol.az-ın "Fox Sports"a istinadən yaydığı xəbərə görə, braziliyalı hücumçunun agenti də olan Neymar da Silva bu iddiaları təkzib edib: "Danışıqlar aparmaq üçün Barselonaya getməyə hazırlaşmıram. Mən Braziliyadayam və Parisə qayıdana qədər oğlumla burada qalacağam".
Qeyd edək ki, Neymarın Paris təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.