Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fəxrəddin Altun: Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzü qarşısında bir daha susur

Fəxrəddin Altun: Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzü qarşısında bir daha susur

Tarix: 28 Sentyabr 2020 00:28

Bakı. Trend:

Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzü qarşısında bir daha susur. On illərdir hərəkətsizlik və qeyri-qanuni işğal ilə ortaqlıq erməni tərəfini cəsarətləndirdi. İndiki münaqişə bu vəziyyətin davamlı olmadığını göstərir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun özünün “Twitter” hesabında yazıb.

O vurğulayıb ki, Ermənistan Azərbaycan torpaqlarının işğalçısıdır: "Ermənistan on illərdir nəinki Dağlıq Qarabağı işğal edir, həm də Azərbaycana qarşı mütəmadi təxribatlar həyata keçirir. Bugünkü hücumları isə daha bir təhlükəli vəziyyətə səbəb oldu".


Etiketlər:  Fəxrəddin Altun Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzü qarşısında daha susur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ