Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2020 18:39
Yaponiya alimləri yoluxmuş bir səthdə ultrabənövşəyi radiasiyaya (dalğasının uzunluğu 10-400 Hm diapazon olan elektromaqnit şüaları-red) məruz qalmanın koronavirus hüceyrələrini öldürdüyünü sübut ediblər.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Xirosima Universitetinin mütəxəssisləri tərəfindən aparılan araşdırma "American Journal of Infection Control" jurnalında dərc edilib.
Alimlərin araşdırması zamanı məlum olub ki, koronavirus hüceyrələrinin 99,7 faizi ultrabənövşəyi radiasiyaya məruz qalma nəticəsində ölür. Bu vəziyyətdə dalğanın uzunluğu 222 Hm olmalıdır, əks təqdirdə radiasiya dəriyə nüfuz etməyəcək və canlı hüceyrələri məhv etməyəcək.
Alimlərin fikrincə, bu kəşf xəstəxana binalarının dezinfeksiya edilməsini yaxşılaşdıra bilər.