Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramov Ukrayna Xarici İşlər naziri ilə telefonla danışıb

Ceyhun Bayramov Ukrayna Xarici İşlər naziri ilə telefonla danışıb

Tarix: 28 Sentyabr 2020 20:36

28 sentyabr 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Sonxeber.net-a bildirilib ki, Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba bölgədə yaşanan gərginlik ilə bağlı narahat olduğunu bildirib və mövcud vəziyyəti sorğu edib.

Nazir Ceyhun Bayramov 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin cəbhə xətti boyu Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktına cavab olaraq, Azərbaycan silahlı qüvvələri tərəfindən özünü müdafiə hüququ çərçivəsində və mülki əhalini müdafiə etmək məqsədilə atılan cavab həmlələri barədə ukraynalı həmkarını məlumatlandırıb. O, Azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfinin bu dəfə də beynəlxalq humanitar hüququ kobudcasına pozaraq dinc əhalini artilleriya atəşinə tutduğu və nəticədə Azərbaycanın mülki əhalisi arasında itkilərin olduğu qarşı tərəfin diqqətinə çatdırıb. Ermənistan tərəfinin hər zaman mülki şəxslərə qarşı terror vasitələrindən istifadə etdiyini bildirən nazir, bu xüsusda 2016-cı ilin aprel və 2018-ci ilin iyul hadisələri zamanı Azərbaycanlı mülki şəxslərin həlak olması faktını qeyd etdi.

Nazir Ceyhun Bayramov bölgədə yaşanan bu gərginliyin tam məsuliyyətinin Ermənistan üzərində olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.


Etiketlər:  Ceyhun Bayramov Ukrayna Xarici İşlər naziri ilə telefonla danışıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ