Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2019 14:24
Bakı. Trend:
Əmlak Məsələləri Dövlət Komitəsi "AzPOS-Real Time GNSS xidməti: dəqiqlik, fasiləsizlik və etibarlılıq" mövzusunda ictimai təqdimat keçirib.
Trend-in məlumatına görə, komitənin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin direktoru Fərid Cəfərov hazırda ölkədə ən müasir texnologiyalar əsasında fasiləsiz işləyən 37 stansiyanın olduğunu deyib. Bildirib ki, AzPOS xidmətlərinin 300-dək istifadəçisi var.
Qeyd edilib ki, AzPOS Azərbaycan ərazisində kadastr-ölçü işlərində tətbiq olunan yüksək dəqiqliyə malik qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edən informasiya sistemidir. Bu stansiyalar Azərbaycan və Dünya Bankının birgə həyata keçirdiyi "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi" çərçivəsində quraşdırılıb. AzPOS şəbəkəsi məlumatları real vaxt rejimində Differensial Qlobal Naviqasiya Peyk sistemi vasitəsilə emal etdikdən sonra elektron formada ötürür. AzPOS daimi olaraq Amerikanın GPS və Rusiyanın GLONASS peyk siqnallarını qəbul edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin