Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan parlamentinin keçmiş deputatı Cavaxetiyadan Ermənistana aparılan yardımları pislədi

Gürcüstan parlamentinin keçmiş deputatı Cavaxetiyadan Ermənistana aparılan yardımları pislədi

Tarix: 29 Sentyabr 2020 17:06

Humanitar yardımla dolu olan yük maşınları Ermənistan-Gürcüstan sərhədindən keçib. Ərzaq məhsulları olan 2 maşın Ninotsminda-Bavra nəzarət-buraxılış məntəqəsinin ərazisi ilə yola salınıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin keçmiş deputatı, "Qeyrət" qeyri-hökumət təşkilatının təsisçisi Zümrüd Qurbanlı öz "Facebook" hesabında qeyd edib. O baş verənləri ciddi təndiq edib:

"Gürcüstanın güc orqanları ilə uzun sürən danışıqların nəticəsində əldə olunan razılaşmaya görə, ərzaq məhsulu olan maşınlar Ermənistan-Gürcüstan sərhədini maneəsiz şəkildə keçəcəklər. Maşın şinləri ilə dolu yük avtomobilləri isə xüsusi razılıq aldıqdan sonra Gürcüstan sərhəddini keçə biləcək. Xatırladaq ki, son bir neçə saat ərzində Ermənistan-Gürcüstan sərhədində xaos hökm sürürdü. Hüquq-mühafizə orqanları Cavaxetiyada gənclərin təşəbbüsü ilə toplanan humanitar yardımların göndərilməsini sərhəddə dayandırmışdır. Sərhəddə 5 minə yaxın adam toplanmışdır. Çox qəribədir, Marneulidə bir kiçik loyal hadisəyə Gürcüstanın xüsusi təyinat qüvvələri cəlb edilir, saatlardır gömrüyü xaosa çevirən bu insanlara heç nə deyən yoxdur. İkincisi, ərzaq, humanitar yardım bir pərdədir, faktiki olaraq insanlar döyüşə çağırış edir və özləri də döyüşə gedir, bu da Gürcüstan qanunvericiliyi ilə qadağandır. Görünür, qanunlar bəzi hallarda bilərəkdən pozulur", - deyə Zümrüd Qurbanlı qeyd edib.


Etiketlər:  Gürcüstan parlamentinin keçmiş deputatı Cavaxetiyadan Ermənistana aparılan yardımları pislədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ