Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2020 18:06
Avropa Liqasının pley-off mərhələsinə keçiriləcək AFFA-nın müraciətinə əsasən, "Legiya" - "Qarabağ" oyununa UEFA tərəfindən xüsusi təhlükəsizlik üzrə nümayəndə təyin olunub.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bu barədə məlumatı AFFA rəsmi saytı vasitəsilə yayıb.
Bildirilib ki, assosiasiyanın müraciətindən sonra qitə futbol qurumu analoji addım atmaq qərarına gəlib.
Qeyd edək ki, son günlər Ermənistan - Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin yol verdiyi təxribatçı hərəkətləri nəzərə alan AFFA Polşanın paytaxtı Varşavadakı qarşılaşma ilə əlaqədar UEFA-ya müraciət ünvanlayıb. Avropa Liqasının qrup mərhələsində 2019-cu il oktyabrın 3-də Lüksemburq şəhərindəki "Josy Barthel" stadionunda keçirilmiş "Düdelanj" - "Qarabağ" oyununun gedişində erməni təxribatçılar tərəfindən üzərində parça asılmış idarə olunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktını xatırladan AFFA "Legiya" - "Qarabağ" görüşündə də ermənilər tərəfindən siyasi xarakterli təxribatçı addımlara yol verilməməsi üçün UEFA tərəfindən xüsusi diqqət və həssaslıqla yanaşılmasının vacibliyini vurğulayıb.