Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 10:36
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından etibarən Ermənistan hərbi birləşmələri növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutub.
Sonxeber.net qafqazinfo-ya istinadən bildirir ki, Tərtərə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşməsi nəticəsində 7 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, o cümlədən mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan vurulub.
Mərmi nəticəsində bir minik avtomobili də yararsız hala düşüb.
Həmin ərazidən fotoları təqdim edirik: