Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək – Təsdiq olundu

Bu şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək – Təsdiq olundu

Tarix: 30 Sentyabr 2020 15:51

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, qanunun təhsil üzrə təminatlara dair 5-ci maddəsində edilən dəyişikliyə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də onların ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul edilib.


Etiketlər:  şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək Təsdiq olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ