Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda bu orqan və toxumalar transplantasiya edilə biləcək

Azərbaycanda bu orqan və toxumalar transplantasiya edilə biləcək

Tarix: 30 Sentyabr 2020 19:00

Azərbaycanda transplantasiya obyekti olan orqan və toxumaların siyahısı müəyyənləşir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələr və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və toxumalar götürülə bilər.

Həçminin layihədə Azərbaycan Respublikasında ksenotransplantasiya (elmi-tədqiqat işləri istisna olmaqla) qadağan edilir.

Layihədə o da qeyd olunur ki, transplantasiya tibbi göstəriş əsasında cərrahiyyə əməliyyatı qaydalarına riayət etməklə aparılacaq. Transplantasiyanın qaydaları və şərtləri, onun həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəsisələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.


Etiketlər:  Azərbaycanda orqan toxumalar transplantasiya edilə biləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ