Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Düşmən özünə qəsd etdi - Ermənistanın son arqumenti də əlindən alındı

Düşmən özünə qəsd etdi - Ermənistanın son arqumenti də əlindən alındı

Tarix: 14 Oktyabr 2020 11:09

Sentyabrın 27-də Ermənistanın başlatdığı növbəti təxribata əks-hücum həmləsi ilə cavab verən Azərbaycan Silahlı Qüvvələrinin qısa zamanda uğurlu əməliyyatları Ermənstan hökümətini qorxutduğu qədər havadarlarını da silkələdi.

Və bununla da qurbağa gölünə daş atıldı

Bir yandan Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsini bu vaxta kimi həyata keçirməyən BMT yuxudan ayıldı, digər yandan Minsk Qrupunun həmsədrləri və həmsədr ölkələrin liderləri münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyü barədə ard-arda bəyanatlar səsləndirərək Azərbaycanın təcili olaraq müharibəni dayandırmağını tələb etdilər.

Amma sən saydığını say, gör Azərbaycan ordusu nələr edir

Ərköyün davranışları ilə 30 ildir bir növ Qarabağ münaqişəsinin həlli məsələsini qanqrenaya döndərən Ermənistan Azərbaycanın əlindən qurtulmaq üçün döymədiyi qapı, etmədiyi müraciət, zəng çalmadığı dünya lideri qalmadı. Qısa zamanda 30 ildir düşmən tapdağında olan bir çox ərazilərimizi azad edən ordumuz "blitskriq" (ildırım sürətli müharibə) planından istifadə etməklə düşmənin uzun müddətdir hazırlıq gördüyü "tələyə" onun özünü saldı. Vəziyyətin daha da kritikləşdiyini görən Ermənistanın havadarları dərhal Azərbaycana qarşı təzyiqləri artırmaqla bir yandan rəsmi Bakını atəşkəsə çağırdı, digər tərəfdən Ermənistana müxtəlif gizli yollarla silah-sursat göndərməyə davam etdi.

Azərbaycan və Ermənistan XİN rəhbərlərini münaqişənin dinc yolla həlli üçün Moskvaya dəvət edən Rusiya ilkin mərhələdə arzusuna çatdı deyə bilərik. Amma Ermənistan humanitar atəşkəslə bağlı razılıqdan cəmi bir gün sonra Rusiyanın çabasını yerə vurdu. Gecə saatlarında Ermənistan Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin mülki əhalinin sıx yaşadığı ərazisinə atdığı "Elbrus" ("SKAD") ballistik raketi ilə terrorçu mahiyyətini ortaya qoydu. Nəticədə xeyli ölən və yaralananlar oldu. Dünya birliyinin bu münaqişənin hərbi mərhələdən diplomatik müstəviyə keçməsini, qan tökülməsinə son qoyulmasını səbirsizliklə gözlədiyi bir məqamda Ermənistan bu terror addımı ilə Qarabağ probleminin həlli üçün müharibədən başqa çıxış yolu qoymadı. Təbii ki, Paşinyanın Cenevrə konvensiyalarını kobud şəkildə pozan bu qərarı Azərbaycanın Ermənistan ərazisinə cavab zərbələri endirməyə vadar etmək məqsədi güdürdü. Səbəb isə gün kimi aydındır, Rusiyanın rəhbərlik etdiyi KTMT-ni Azərbaycana qarşı hərbi əməliyyatlara qoşmaq... Lakin düşmənin niyyəti yenə ürəyində qaldı.

Bəs Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağıran dünya birliyi Ermənistanın törətdiyi Gəncə terroruna niyə susdu?

Üç əsrdir özlərini təcavüz qurbanı kimi göstərərək kimlərdənsə kömək istəyən Ermənistan dindaşlarına xristianlıq pərdəsi altında yalvararaq hər dəfə quyunun dibindən çıxmağı bacarıb. Özlərini dünyada haqq-ədalət keşikçisi adlandıran qüvvələrin, dövlətlərin, beynəlxalq təşkilatların müsəlmanların məsələlərinə gəldikdə ikili standartlarla yanaşdıqları aydın şəkildə görünür. Necə ki, biz bunu iki gün öncə Ermənistanın Gəncədə törətdiyi terror aktından sonra şahidi olduq.

Dünya birliyinin Ermənistanın törətdiyi Gəncə terrorunu sakit izləməsinin ikinci səbəbi isə Ermənistan lobbi qruplarının Qərbdə təsir gücünə malik olmasıdır. Amma heç bir qüvvənin imkanları haqqı uğrunda savaşa girən xalqın vətən sevdasından böyük ola bilməz. Azərbaycan xalqı bu gün ona qarşı edilən haqsızlıqlara rəğmən bir ordu halında səfərbər olaraq dünyaya savaş açıb. Bu savaşın istinad nöqtəsi Qarabağdır!

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Düşmən özünə qəsd etdi Ermənistanın son arqumenti əlindən alındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ