Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dünya Ermənistanı olduğu kimi görməlidir'' - Amerikalı hərbi ekspert

''Dünya Ermənistanı olduğu kimi görməlidir'' - Amerikalı hərbi ekspert

Tarix: 14 Oktyabr 2020 14:48

Dünya Ermənistanı olduğu kimi, yəni dəstək qazanmaq üçün yalan və manipulyasiyadan istifadə edən hakimiyyətpərəst təbliğat maşını kimi görməlidir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə amerikalı hərbi ekspert Bencamin Minik deyib.

Ekspert bildirib ki, Ermənistan Azərbaycana mümkün qədər çox ziyan vurmaq ideyası ilə yaşayır:

"Ermənistan açıq şəkildə bəyan edib ki, Azərbaycanın işğal olunmuş ərazilərlə bağlı mövqeyindən imtina etməsi üçün mülki obyektlərə hücum edəcək və maksimal xaos yayacaq".

Erməni qoşunlarının Gəncə şəhərinə hücumunu şərh edən B.Minik deyib ki, müharibə dövründə infrastrukturun məhv edilməsi ilkin hədəf olsa da, ermənilər daha da uzağa gedərək qadın və uşaqlara hücum edib.

Ekspertin sözlərinə görə, bu, onu göstərir ki, real məqsəd münaqişə ərazisinin daha da genişləndirilməsi olub:

"Erməni qooşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmamaqla beynəlxalq hüququ pozur. Dünya ictimaiyyəti Ermənistan tərəfini BMT-nin münaqişə ilə bağlı qətnamələrinin icrasına çağırmalıdır".


Etiketlər:  Dünya Ermənistanı olduğu kimi görməlidir Amerikalı hərbi ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ