Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2020 14:49
Sumqayıt Dövlət Dram Teatrının aktyoru Vaqif Səmədzadənin 70 illiyi ilə əlaqədar teatrda pandemiya dövrünün tələbləri çərçivəsində kollektivin yaradıcı heyətinin kiçik heyətlə görüşü keçirilmişdir.
Teatrın direktoru əməkdar artist Mübariz Həmidov yubilyarı təbrik etdi və gələcəkdə də müvafiq rollar üçün müqavilə əsasında aktyorla əməkdaşlığın mümkünlüyünü bildirdi. Direktor Sumqayıt Dövlət Dram Teatrında hər zaman veteran aktyorlara diqqət və qayğının mövcudluğunu, Vaqif Səmədzadənin də bundan sonra eyni qayğıya şahid olacağını söylədi.
Baş rejissor xalq artisti Firudin Məhərrəmov, Əməkdar artistlər Namis Şirməmmədov, Növrəstə Həşimova, İlahə Səfərova, Vidadi Məmmədov və direktor müavini Maya Məmmədova Vaqif Səmədzadənin işə hər zaman şövqlə yanaşmasından, insani keyfiyyətlərindən danışdılar. Həmkarlar Komitəsinin Sumqayıt Dövlət Dram Teatrı üzrə sədri Zöhrəli Əliyev mədəniyyət işçiləri və kollektiv adından yubilyara təbrikini çatdırdı.
Sonda teatrın direktoru Sumqayıt Dövlət Dram Teatrının kollektivi adından yubilyara 70 illik yubileyi və uzun illik səmərəli fəaliyyətinə görə fəxri diplom təqdim etdi.