Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynalı ekspert: Ermənistanın uşaqları döyüş əməliyyatlarına cəlb etməsi hərbi cinayətdir

Ukraynalı ekspert: Ermənistanın uşaqları döyüş əməliyyatlarına cəlb etməsi hərbi cinayətdir

Tarix: 15 Oktyabr 2020 15:15

Hər hansı bir dövlət tərəfindən uşaqların əsgər kimi istifadə olunması beynəlxalq hüquqla qadağan edilib.

Sonxeber.net bildirir ki, bunu Trend-ə ukraynalı ekspert Aleksandr Merejko deyib.

O bildirib ki, əgər Ermənistan hakimiyyətinin uşaqları döyüş əməliyyatlarında istifadə etməsi doğrudursa, o zaman beynəlxalq hüququn kobud şəkildə pozulmasından danışa bilərik:

"2000-ci il Uşaq hüquqları Konvensiyasının fakültativ protokoluna əsasən, bu sənədə üzv dövlətlər 18 yaşa çatmayan şəxslərin silahlı qüvvələrə çağırışının qarşısının alınmasını təmin etməlidir. Bundan başqa, uşaqların əsgər kimi istismar olunmasına qarşı yönəlmiş digər beynəlxalq aktlar və sənədlər mövcuddur. Uşağın dövlət tərəfindən döyüş əməliyyatlarında istifadə olunması faktı sübut olunmalı, detallı şəkildə sənədləşdirilməli və buna beynəlxalq ictimaiyyətin və beynəlxalq hüquq təşkilatlarının diqqəti yönədilməlidir".

Ekspert qeyd edib ki, uşaqları döyüş əməliyyatlarına cəlb edən dövlətlərin liderləri hərbi cinayətkar hesab olunur.


Etiketlər:  Ukraynalı ekspert Ermənistanın uşaqları döyüş əməliyyatlarına cəlb etməsi hərbi cinayətdir


RƏYLƏR