Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2020 17:06
Bakı. Trend:
UNEC-də Azərbaycan və Ermənistan iqtisadi inkişaf göstəricilərinin müqayisəsinə hər olunan elmi seminar keçiriləcək.
UNEC-in İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu (İAETİ) tərəfindən 5 gün davam edəcək seminarlarda hər iki ölkənin makroiqtisadi, eləcə də enerji, nəqliyyat, səhiyyə, elm, təhsil, İKT, kənd təsərrüfatı, turizm və digər sahələrdəki inkişaf göstəricilərinin müqayisəli təhlili aparılacaq. Həmçinin Azərbaycan və Ermənistanın iqtisadi inkişafının beynəlxalq reytinqlərdəki mövqeyi müzakirə olunacaq.
Elmi seminarların iqtisadi inkişaf istiqamətləri üzrə bloklarını və məruzəçiləri təqdim edirik:
16 oktyabr
“Makroiqtisadiyyat, enerji, nəqliyyat” - prof. Yadulla Həsənli, UNEC-in İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun direktoru, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru.
20 oktyabr
“Kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, su, torpaq, müdafiə” - prof. Rövşən Quliyev, İAETİ-nin direktor müavini, iqtisad elmləri doktoru.
21 oktyabr
“Demoqrafiya, səhiyyə, elm, təhsil, yoxsulluq, İKT” - Rəşad Hüseynov, iqtisad üzrə fəlsəfə doktoru.
22 oktyabr
“Xarici ticarət, turizm, miqrasiya” –Elman İbişov, iqtisad üzrə fəlsəfə doktoru.
23 oktyabr
“Beynəlxalq reytinqlər” - Rafail Rzayev, İAETİ-nin elm katibi.