Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın hərbi cinayətləri Rusiyanın Avstraliyadakı səfirinin nəzərinə çatdırılıb

Ermənistanın hərbi cinayətləri Rusiyanın Avstraliyadakı səfirinin nəzərinə çatdırılıb

Tarix: 15 Oktyabr 2020 17:42

Bakı. Trend:

Avstraliyada fəaliyyət göstərən Azərbaycan icması Rusiya Federasiyasının bu ölkədəki səfirliyinə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyasının (AAA) rəhbəri Mikayıl Oytanın imzası ilə səfir Aleksey Pavlovskiyə ünvanlanmış məktubda Ermənistanın Rusiya vasitəsilə əldə olunmuş humanitar atəşkəs rejimini pozduğuna, Azərbaycanın Gəncə, Mingəçevir şəhərlərinə, Tərtər, Ağcabədi, Ağdam və Füzuli rayonlarının kəndlərinə raket zərbələri endirdiyinə, bu zaman mülki əhalini və infrastrukturu hədəfə aldığına diqqət cəlb edilib.

Müharibə zonasından uzaqda yerləşən Gəncə sakinlərinin Ermənistan ərazisindən dağıdıcı silahlarla bombardman edilməsi hərbi cinayət, Ermənistanın hərbi-siyasi rəhbərliyinin təcavüzkar hərəkətlərinin təzahürü və beynəlxalq qanunların pozulması kimi qiymətləndirilib.

Ermənistanın hərbi cinayətləri Rusiyanın Avstraliyadakı səfirinin nəzərinə çatdırılıb - Gallery Image


Etiketlər:  Ermənistanın hərbi cinayətləri Rusiyanın Avstraliyadakı səfirinin nəzərinə çatdırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ