Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2020 21:20
ABŞ-ın ədliyyə nazirliyi və ştatların general prokurorları Google şirkətindən Chrome brauzerinin və reklam biznesinin bir hissəsinin satılmasını tələb edəcəklər. Bu barədə Politico saytı xəbər verib. ABŞ hökuməti şirkəti antimonopoliya qanunvericiliyini pozduğuna görə məhkəməyə verməyi düşünür. Məhkəmə iddiası 25 oktyabr tarixinə kimi qaldırıla bilər. ABŞ ədliyyə nazirliyi Google şirkətinin rəqiblərindən Google biznesinin hansı hissəsinin satılması üzrə məsləhətlər əldə edib. Sorğularda iştirak etmiş bazar təmsilçilərinin bəziləri Chrome brauzerinin satılmasını məsləhət görüblər.
Nazirlik həmçinin Chrome vasitəsilə yığılmış məlumatların digər məhsullarda istifadəsini də məhdudlaşdıra bilər. Bununla yanaşı Google şirkətini reklam biznesinin bir hissəsindən məhrum edə bilərlər. Qeyd etmək lazımdır ki, 6 oktyabr tarixində ABŞ konqressindən olan demokratlar Google, Facebook, Amazon və Apple şirkətlərinə qarşı olmuş antimonopoliya istintaqının nəticələrini təqdim etmişdilər. Konqressin antimonopoliya hesabatına əsasən ABŞ-da kompüterlər vasitəsilə edilən axtarış sorğularının 81%-i, mobil cihazlar vasitəsilə edilən axtarış sorğularının isə 94%-i məhz Chrome brauzerinin payına düşür.