Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2019 01:24
"Barselona"nın müdafiəçisi Samuel Umtiti komandasını dəyişə bilər.
Qol.az-ın "sport.es" nəşrinə istinadən yaydığı xəbərə görə, Kataloniya klubu 25 yaşlı futbolçu üçün təklifləri dəyərləndirməyə hazırdır. Ancaq La Liqanın son çempionu fransız oyunçunu 50 milyon avrodan ucuz satmaq niyyətində deyil.
Qeyd edək ki, ötən mövsüm dizindəki zədəyə görə cəmi 14 oyun keçirən Umtiti ilə "Mançester Siti" və "Yuventus" yaxından maraqlanır. Futbolçu özü isə bundan əvvəl mətbuata açıqlamasında "Barsa"da qalmaq istədiyini deyib.