Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəlilabadda tibbi maskadan istifadə etməyənlər cərimələnib (FOTO)

Cəlilabadda tibbi maskadan istifadə etməyənlər cərimələnib (FOTO)

Tarix: 16 Oktyabr 2020 16:09

Bakı. Trend:

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, bu məqsədlə qapalı məkanlarda, xüsusilə market və digər ticarət obyektlərində keçirilən tədbirlər zamanı bəzi vətəndaşların özünün və ətrafdakıların səhhətinə qarşı laqeydlik nümayiş etdirərək tibbi maskadan istifadə etmədiyi müəyyən edilib. Bəzi hallarda isə insanların tibbi maskanı tənəffüs yollarını örtəcək şəkildə istifadə etmədiyi, əlində gəzdirdiyi və ya yalnız polis əməkdaşlarını gördükdə istifadə etdiyi müəyyən edilib.

Onlarla profilaktik-izahedici söhbətlər aparılıb və bir daha koronavirus xəstəliyinin fəsadları barədə məlumat verilib. Polis əməkdaşları tərəfindən edilən profilaktik söhbətlərə və xəbərdarlıqlara rəğmən qaydaları pozan şəxslər barəsində inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilib və onlar cərimələniblər.

Cəlilabadda tibbi maskadan istifadə etməyənlər cərimələnib (FOTO) - Gallery Image Cəlilabadda tibbi maskadan istifadə etməyənlər cərimələnib (FOTO) - Gallery Image Cəlilabadda tibbi maskadan istifadə etməyənlər cərimələnib (FOTO) - Gallery Image Cəlilabadda tibbi maskadan istifadə etməyənlər cərimələnib (FOTO) - Gallery Image


Etiketlər:  Cəlilabadda tibbi maskadan istifadə etməyənlər cərimələnib FOTO


RƏYLƏR