Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hulusi Akar: ''Mülki şəxslərə qarşı ballistik raketlərlə edilən hücumların əmrini verənlər bunun hesabını verəcək''

Hulusi Akar: ''Mülki şəxslərə qarşı ballistik raketlərlə edilən hücumların əmrini verənlər bunun hesabını verəcək''

Tarix: 17 Oktyabr 2020 15:15

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan Müdafiə naziri Zakir Həsənovla telefonla danışıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, telefon danışığında Hulusi Akar Ermənistanın Gəncə şəhərinə mülki şəxslərin həyatını itirməsi ilə nəticələnən hücumunu qınayıb.

Nazir bildirib: "Mülki şəxslərə yönəlik ballistik raketlərlə edilən hücumların əmrini verənlər mütləq bunun hesabını verəcək, bu vəhşətə səssiz qalanları da tarix əsla bağışlamayacaq".


Etiketlər:  Hulusi Akar Mülki şəxslərə qarşı ballistik raketlərlə edilən hücumların əmrini verənlər bunun hesabını verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ