Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2019 11:44
Bakı. Elnur Bağışov - Trend:
ABŞ regionda "odla oynamağ"a 1 il əvvəl başlayıb.
Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.
H.Ruhani ABŞ-a xitabən bildirib: “Odla oynamağın təhlükəli olduğunu deyirsinizsə, nə üçün regionda odla oynamağa başlayıbsız? Siz onu söndürə bilərsiniz”.
İran Prezidenti ABŞ-ı BMT Təhlükəsizlik Şurasının qərarlarına qayıtmağa çağırıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uran ehtiyatının artmasına sərt reaksiya verərək bildirmişdi ki, “İran odla oynayır”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin