Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2020 19:54
Bakı. Nərgiz Sadıxova - Trend:
Beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklər nəzərə alınarsa, dinc şəhərlərin, onların sakinlərinin və mülki obyektlərin atəşə tutulması qeyri-insanidir və qəbuledilməzdir.
Bunu Trend-ə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov deyib.
O, Dağlıq Qarabağda davam edən, regionda sülhə və sabitliyə təhdid olan gərginlikdən ciddi narahatlığını ifadə edib:
“Beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklər nəzərə alınarsa, dinc şəhərlərin, onların sakinlərinin və mülki obyektlərin atəşə tutulmasını qeyri-insani və qəbuledilməz hesab edirəm. Bu baxımdan, Gəncəyə raket atəşini və dinc sakinlərin, o cümlədən günahsız uşaqların ölümünü qətiyyətlə pisləyirəm”.
Səfir, həmçinin həlak olanlarına yaxınlarına başsağlığı verib və yaralıların tezliklə sağalmasını arzu edib:
“Qazaxıstanın əvvəllər də səsləndirilmiş və dəyişməz mövqeyi çərçivəsində bir daha münaqişənin beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında BMT Təhlükəsizlik Şuraısnın qətnamələrinə uyğun oaraq dinc tənzimlənməsinin vacibliyini vurğulayıram”.