Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qələbəyə çox az qalıb'' - Tofiq Abbasov

''Qələbəyə çox az qalıb'' - Tofiq Abbasov

Tarix: 21 Oktyabr 2020 13:15

Əslində, ABŞ səfərindən elə bir böyük gözləntilər yoxdur.

Bunu Sonxeber.net-a açıqlamasında "Cənubi Qafqaz" Politoloqlar Klubunun rəhbəri Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, torpaqlarımızı işğaldan azad etmək üçün biz bütün vasitələrdən istifadə edəcəyik:

"Azərbaycanın həmsədr ölkələrdən gözləntisi, ümumiyyətlə, ondan ibarətdir ki, onlar Ermənistana ağıl versinlər. Çünki müharibənin başladığı 27 sentyabra qədər onlar bunu edə bilmədilər. Ya edə bilmədilər, ya etmək istəmədilər, indi bu önəmli deyil. Amma indiki şəraitindəki Ermənistan ki, həm hərbi, həm iqtisadi, həm media cəbhələrindəki məğlub olur, onun vəziyyəti artıq kritik həddə dirənib. Buna baxmayaraq Ermənistanda siyasi qüvvələr arasında elə bir sağlam başlar yoxdur ki, onlar götür-qoy etsinlər və düzgün qərara gəlsinlər. Çünki Azərbaycan ordusu əks-hücumu davam etdirməklə artıq göstərdi ki, qələbəyə çox az qalıb. Torpaqlarımızı işğaldan azad etmək üçün biz bütün vasitələrdən istifadə edəcəyik".

T.Abbasov onu da qeyd edib ki, dünyada qüvvədə olan nizan və onun tələbləri, normaları Azərbaycan torpaqlarında birmənalı bərqərar olmalıdır:

İndi Ermənistanın marağında olan budur ki, onlar bir az ağıla gəlsinlər və Azərbaycana müqaviməti dayandırsınlar, ümumiyyətlə Azərbaycan torpaqlarından qoşunlarnı öz xoşduqları ilə çıxartsınlar. Ona görə, düşünürəm ki, əgər 3 ölkənin diplomatiyası bu görüş zamanı birgə səy göstərərsə, bu, ilk növbədə, Ermənistanın xeyrinə olacaq. Çünki onlar, onsuz da, itirə-itirə gedirlər. Bizim də burada gözləntilərimiz ondan ibarətdir ki, müharibə dayansın. Çünki biz də itkilər veririk, müharibə itkisiz olmur. Dünyada qüvvədə olan nizam və onun tələbləri, normaları Azərbaycan torpaqlarında birmənalı bərqərar olmalıdır. Bu o anlama gəlir ki, ölkə işğalçı qoşunlar torpaqlarımızdan çıxmalıdır, digər tərəfdən də Azərbaycan özü bütün proseslərə əncam çəkməlidir. Ola bilsin ki, erməni azlığı Azərbaycanda qalacaq, necə ki elə günü bu gün də ermənilər Azərbaycanda yaşayırlar. Biz gizlətmirik ki, qarşı tərəfə ancaq bəzi məqamlarda biz güzəşt edə bilərik. Burada qarabağlıların əgər hər hansısa aftonomiyası olacaqsa, o, mütləq şəkildə Azərbaycan dövlətinin çərçivəsində olmalıdır. Başqa yol yoxdur".

Xatırladaq ki, 23 oktyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərədə tutulur.

Təhməz Əsədov


Etiketlər:  Qələbəyə çox qalıb Tofiq Abbasov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ