Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2020 23:33
Eskpertlərin proqnozlarına görə, koronavirus pandemiyası vaksin tapılana qədər əhali arasında sirkulyasiya etməyə davam edəcək. Odur ki, bu qışı qidalanmamıza xüsusilə diqqət göstərməli, profilaktika tədbirlərini ikiqat artırmalıyıq.
Sonxeber.net xəbər verir ki, rusiyalı qastroenteroloq-dietoloq Svetlana Nezvanova immuniteti möhkəmləndirməyin vacibliyindən söz açıb.
"Vitaminləri həblərdə deyil, qidalarda axtarmağa dəyər. Xüsusilə D vitamini tərkibində yağ olan qidalarda çox olur. Kərə yağı və qarğıdalıda kifayət qədərdir", - Nezvanova bildirib.
Mütəxəssis qeyd edib ki, sərt və çovğunlu qış günlərində yağlı yeməklərə icazə verilir. Soyuq havada yağ rasionda yaydan daha çox olmalıdır. Eyni zamanda, yağlı balıqlarda olan A vitamini haqqında unutmayın. Bu maddələr əlavə olaraq qəbul edilə bilər, ancaq böyrəklərdə, damar lövhələrinə kalsium çökmə riski səbəbindən həddindən artıq dozanın bədən üçün o qədər də əlverişli olmadığını unutmamalıyıq. Düzgün miqdarı təyin etmək üçün həkimə müraciət edə bilərsiniz.
İmmunitet üçün C vitamini qəbulunu da artırmaq məsləhət görülür. B qrup vitaminləri və maqnezium isə hormonların istehsalında fəal iştirak etdikləri üçün stressi uzaqlaşdırmağa, yaxşı əhval-ruhiyyəni qorumağa və erkən oyanmanın öhdəsindən gəlməyə kömək edəcək. (publika.az)