Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2020 10:36
Avrokubokların növbəti oyun günündən sonra UEFA reytinqi açıqlanıb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Çempionlar Liqasının qrup mərhələsinin I turunun ikinci günündən sonra cədvəldə cüzi dəyişikliklər olub.
Əsas dəyişikliklər xal hesablarında əksini tapıb. Cədvəldəki yeganə yerdəyişmə Yunanıstan və İsveçrə arasında olub. Ellada təmsilçisi 17-ci sıraya yüksəlibsə, isveçrəlilər bir addım geriləyib.
Cədvəlin ilk pilləsində 81,712 xala malik İspaniya qərarlaşıb. İngiltərə 2-ci, İtaliya 3-cü sıradadır. 26-cı pillədə qalan Azərbaycanın hesabında 16,250 xal var. Ölkəmiz bu gün Avropa Liqasında meydana çıxacaq "Qarabağ"ın "Makkabi" ilə İsraildəki matçında xal hesabını artıra bilər.