Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2020 12:12
Bakı. Trend:
Ermənistanın Türkiyədən məhsul idxalına müvəqqəti qadağa tətbiq etməsi Türkiyə iqtisadiyyatına heç bir təsir göstərməyəcək.
Bu barədə Trend-ə Türkiyə hökumətindən bildiriblər.
Vurğulanıb ki, Türkiyədən Gürcüstan vasitəsilə Ermənistana məhsul ixracının həcmi ümumi ixracın 1 faizini də təşkil etmir:
“Türkiyə məhsullarının Ermənistanda boykot olunmasının hansısa bir formada Türkiyə iqtisadiyyatına təsir edəcəyini düşünmək absurd və gülməlidir”.
Qeyd edək ki, Ermənistan hökuməti oktyabrın 21-də Türkiyədən məhsul idxalını müvəqqəti qadağan edən qərar qəbul edilib. Həmin qərar dekabrın 31-də qüvvəyə minəcək və 6 ay müddətində qüvvədə olacaq.