Tarix: 4 Iyul 2019 10:20
2021-ci ilədək Pekin 192 peykdən ibarət, avtopilot sistemi və süni intellektlə təchiz edilmiş “Leo” qruplaşmasını kosmosa çıxarmaq niyyətindədir.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, "bu günün peykləri məsafədən idarə olunan aparatlardır, yəni onlar avtopilot funksiyasına malik deyillər. Gözlənildiyi kimi, istehsalçılar “Leo” qruplaşmasını bu xüsusiyyətlə təchiz edəcəklər" – “China Daily” qəzeti yazır.
Daxili süni intellekt sistemi özü planetin səthinin peyklər vasitəsilə əldə edilmiş şəkillərinə baxacaq və keyfiyyətli şəkilləri keyfiyyətsiz təsvirlərdən ayıracaq ki, onları Yer kürəsinə göndərsin. Nəticədə Yer səthinin monitorinqinin keyfiyyəti və sürəti yüksələcək. Bundan başqa, “Leo” kataklizm və təbii fəlakətlər barədə öncədən məlumat verməyə, nəqliyyat axınlarını izləməyə, kosmik aparatların hərəkətinə nəzarət etməyə və zərurət yarandıqda onların uçuş trayektoriyasına düzəliş etməyə kömək edəcək.
Emil Hüseynov