Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səbaildə onlayn yolla narkotik vasitələr satan şəxs saxlanılıb (FOTO)

Səbaildə onlayn yolla narkotik vasitələr satan şəxs saxlanılıb (FOTO)

Tarix: 24 Oktyabr 2020 12:45

Bakı. Trend:

Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bölmə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Bakı şəhər sakini N.Əhmədova saxlanılıb. Onun üzərinə baxış zamanı müxtəlif xassəli narkotik vasitələr aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq N.Əhmədovaya onlayn yolla narkotik vasitələr satan paytaxt sakini Ruslan Şeyxov da saxlanılaraq Səbail Rayon Polis İdarəsinə gətirilib. Onun yaşadığı mənzilə baxış zamanı 4 ədəd bağlamada və 17 ədəd kibrit qutusunda ümumi çəkisi 6 kiloqram 8 qram olan narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslər külli miqdarda narkotik vasitənin satışını təşkil etmək istəyiblər.

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Səbaildə onlayn yolla narkotik vasitələr satan şəxs saxlanılıb (FOTO) - Gallery Image


Etiketlər:  Səbaildə onlayn yolla narkotik vasitələr satan şəxs saxlanılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ