Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2020 01:08
Bakı. Trend:
Əfqanıstan təhlükəsizlik qüvvələri terror təşkilatı "Əl-Qaidə" liderlərindən biri Əbu Muhsin əl-Masrini zərərsizləşdiriblər.
Trend-in məlumatına görə, bu barədə Reuters agentliyi bildirib.
Onun adı ABŞ Federal Təhqiqat Bürosunun (FTB) ən çox axtarılan terrorçuların siyahısında hallanırdı.
Məlumata əsasən, Əbu Muhsin əl-Məsri ABŞ-da xarici terror təşkilatına maddi dəstək verməkdə və Amerika vətəndaşlarını öldürmək üçün əlbirlikdə günahlandırılıb. Silahlı Əfqanıstanın Qəzni əyalətində keçirilən xüsusi əməliyyat zamanı zərərsizləşdirilib.