Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2020 12:18
Tehran erməni qoşunlarının İran-Azərbaycan sərhədinə yenidən yaxınlaşacağı təqdirdə Ermənistan ərazisini atəşə tutmağa hazırdır.
Sonxeber.net Trend-ə istinadən məlumatına görə, bu barədə nüfuzlu mənbələr bildirib.
Qeyd olunub ki, Azərbaycan İranla həmsərhəd rayonlarda nəzarəti ələ keçirməklə Ermənistanı raket-artilleriya zərbələrindən imtina etməyə vadar edib:
"Çünki İran ərazisinə yanlışlıqla mərmilərin düşməsi Tehran tərəfdən dərhal cavabın verilməsinə gətirib çıxaracaq. Bu isə Ermənistan ordusu üçün çox ciddi fəsadlar yarada bilər".