Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2020 15:26
Bakı. Trend:
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi kəskin mərhələsindədir.
Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
ABŞ-ın bu məsələdə Rusiyadan daha çox iş görməsi sualına münasibət bildirən D.Peskov bildirib ki, münaqişə hansısa rəqabət üçün məkan ola bilməz:
“Əlbəttə, Rusiya ATƏT Minsk qrupunun həmsədri kimi müharibəni dayandırmağa kömək edən bütün addımları alqışlayır”.