Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2019 15:40
Bakı. Samir Əli - Trend:
Qusar və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstəriləcək.
Trend-in məlumatına görə, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilib.
Qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 6 iyul 2019-cu il tarixdə, Sumqayıt Regional Vəkil Bürosu tərəfindən Qusar rayonunun Gənclər Mərkəzində, saat 10:00-13:00-da Qusar və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulub.
Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin