Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2020 21:00
Azərbaycan humanist prinsiplərlə birtərəfli qaydada erməni əsgərlərin meyidlərin Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ermənistana verməyə hazırdır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.
O bildirib ki, 18 oktyabrda Azərbaycanın meyitləri birtərəfli qaydada qaytarmağa hazır olduğunu bəyan etməyinə baxmayaraq, Ermənistan hələ də cavab vermir: "Meyitləri götürməkdən imtina real vəziyyəti gizlətmək məqsədi daşıyır".
Beləliklə, bir daha aydın olur ki, Ermənistan meyitlərini götürmək istəmir, çünki mövcud, siyasi-hərbi rəhbərlik xalqın reaksiysından, qəzəbindən qorxur.