Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2020 13:20
Bakı. Trend:
Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kənarlaşdırmaq lazımdır, çünki onun fəaliyyəti ilk növbədə təşkilat üçün təhdid yaradır.
Bu barədə Trend-ə Türkiyə hökumətindən bildiriblər.
Qeyd olunub ki, Ermənistanın fəaliyyəti KTMT-nin Nizamnaməsinə ziddir. Nizamnamənin 3-cü maddəsində qeyd olunur ki, bu təşkilatın məqsədləri sülhün, beynəlxalq və regional təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsidir:
“Ermənistanın bütün addımları isə regionda destabilizasiyaya yönəlib və dünya ictimaiyyəti bunu çox gözəl bilir”.
Bundan başqa, qeyd olunub ki, Nizamnamənin 8-ci bəndinə uyğun olaraq üzv dövlətlər digər üzvlərin təhlükəsizliyi, sabitliyi, ərazi bütövlüyü və suverenliyinə təhdid yaradan böhran vəziyyətlərə reaksiya vermək məqsədilə Təşkilat çərçivəsində tədbirlər görür:
“Amma hərbi əməliyyatlar sırf Azərbaycan ərazisində aparıldığı üçün Ermənistan KTMT-yə müraciət etmək hüququna malik deyil”.
Türkiyə hökumətində istisna etməyiblər ki, Ermənistan KTMT daxilində “Troya atı” rolunu oynayır və bu cür vacib strukturda Qərbin maraqlarını icra edir.