Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2020 22:52
Bakı. Trend:
Əlcəzairin prezidenti Abdelmacid Tebbun həkimlərin tövsiyələrinə əsasən xəstəxanaya yerləşdirilib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Əlcəzair prezidentinin Administrasiyasından bildiriblər.
Məlumata əsasən, hərbi hospitala yerləşdirilən Əlcəzair prezidentinin vəziyyətində narahatlıq doğuran bir məqam yoxdur: "Onun vəziyyəti stabildir və heç bir narahatlıq doğurmur".
Bildirilir ki, A.Tebbun vəzifələrini xəstəxanadan icra etməyə davam edir.