Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2020 11:24
Ermənistan artıq bu gün öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov "QORDON" nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Nikol Paşinyan "Qarabağ Ermənistandır" deyəndə aydın oldu ki, heç bir danışıqlar getmir:
"O deyəndə ki, "Biz yeni ərazilər üçün müharibə edəcəyik", bu, onu bildirir ki, onlar status-kvonun dəyişməməsi üçün hücuma hazırlaşır. Son 30 il ərzində ATƏT Minsk qrupu bur neçə həll variantı hazırlayıb, amma bunların heç biri Ermənistan tərəfindən qəbul edilməyib. Onlar bu gün işğal olunmuş ərazilərdən qoşunlarını çıxarmalıdır. Amm Ermənistan rəhbərliyinin dilindən aqressiv ritorika düşmür. Onlar deyir ki, guya geri çəkilsələr, Azərbaycan qoşunlar Ermənistanı ələ keçirəcək. Bu, cəfəngiyyatdır! Bizə özgə torpaqlar lazım deyil".