Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2020 16:44
Bakı. Trend:
Gürcüstan Mərkəzi Seçki Komissiyasının qərarı ilə bu il Azərbaycanda Gürcüstan parlamentinə seçkilərlə əlaqədar səsvermə keçirilməyəcək.
Bu barədə Trend-ə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildiriblər.
Qeyd edək ki, parlament seçkiləri oktyabrın 31-də keçiriləcək. Seçkilərdə 48 partiya və iki blok iştirak edəcək. Seçicilər 120 deputatı proporsional sistemlə, 30 deputatı majoritar sistemlə seçəcək.