Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2020 19:48
Xəbər verdiyimiz kimi, oktyabrın 28-də Ermənistanın Bərdə şəhərini raket atəşinə tutması nəticəsində 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb. Həlak olanlardan biri də 30 yaşlı Bərdə sakini İsmayıllı Vasif Vaqif oğludur.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, əslən Ağdam rayonundan olan və torpaqlarımızın işğalı nəticəsində evlərindən didərgin düşən ailə Bərdə rayonunda məskunlaşıbmış. V. İsmayıllının atası Vaqif İsmayıllı da 1992-ci ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub.
V. İsmayıllının dayısı İbrahim Qurbanov Ordumuza güvəndiyini, işğal olunmuş Ağdam torpağına geri dönəcəkləri günü gözlədiyini deyib: "Arzu edirəm heç bir şəhidin, o cümlədən də mənim bacım oğlunun, onun atasının qanı yerdə qalmasın. Allah bütün döyüşçülərimizə cansağlığı versin. Sağ olsun Prezidentimiz, sağ olsun Ordumuz ki, bizim arxamızdadır. Biz ancaq qələbə istəyirik!"