Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2019 22:56
“Bakı”nın sabiq futbolçusu İbrahim Karqbo ömürlük futboldan uzaqlaşdırılıb.
Qol.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, 37 yaşlı yarımmüdafiəçi danışılmış oyunlarda iştirak etdiyi üçün bu cəzaya məruz qalıb.
Qeyd edək ki, İ. Karqbo 2010-2013-cu illərdə “Bakı”da çıxış edib. O, son olaraq İngiltərənin aşağı liqa təmsilçisi “Dulviç Hamlet”də oynayıb.