Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2020 18:16
"Neftçi"nin Azərbaycan Premyer Liqasının VIII turunun bu gün keçiriləcək "Sumqayıt"la oyun üçün heyəti açıqlanıb.
Sonxeber.net Apasport.az-a istinadən bildirir ki, baş məşqçi Füzuli Məmmədov komandanın kapitanı Emin Mahmudovu ehtiyat oyunçular skamyasında saxlayıb.
Milli komandanın da üzvü olan təcrübəli yarımmüdafiəçi sonuncu dəfə 2018-ci il sentyabrın 22-də oyuna ehtiyatda başlayıb. Emin "Zirə" ilə həmin səfər qarşılaşmasında da (2:1) sonradan meydana daxil olub.
Həmin matçdan sonra "Neftçi"nin keçirdiyi 50 görüşün 47-də start heyətdə meydana çıxan yarımmüdafiəçi 3 qarşılaşmanı müxtəlif səbəblərdən ümumiyyətlə protokola daxil edilməyib.
Qeyd edək ki, ümumilikdə Azərbaycan Premyer Liqasının 74 oyununda şans qazanan Mahmudov 70 dəfə start heyətdə yer alıb, 4 dəfə sonradan komanda yoldaşını əvəzləyib. O, yalnız 4 qarşılaşmanı ehtiyatda başlayıb ki, bunların hamısında da sonradan oyuna daxil olub.