Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2020 15:03
Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə Ermənistan tərəfdən cəlb olunmasına heç bir səbəb görmürəm.
Sonxeber.net bildirir ki, bunu Trend-ə rusiyalı ekspert Stanislav Pritçin Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinə göstəriləcək köməyin növü və həcmi ilə bağlı məşvərətlərə başlamaq müraciətini şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, N.Paşinyanın bu cür müraciəti həmin münaqişədə Ermənistanın işlərinin çox da yaxşı getmədiyini göstərir:
"Rusiyanın bu məsələdə mövqeyi kifayət qədər aydındır. Əgər həqiqətən Ermənistan üçün bilavasitə təhdid varsa, Rusiyanın münaqişəyə cəlb olunmasına hüquqi əsasları olacaq. Qalan digər hallarda Rusiyanın müdaxiləsi üçün heç bir səbəb yoxdur".