Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bizim üzərimizə hansı vəzifə düşürsə, 24 saata Azərbaycanın yanındayıq'' - Mustafa Rifat

''Bizim üzərimizə hansı vəzifə düşürsə, 24 saata Azərbaycanın yanındayıq'' - Mustafa Rifat

Tarix: 2 Noyabr 2020 15:21

Sizin liderliyinizlə Azərbaycan Ordusunu təbrik edirik. Bizim otuz illik həsrətimizə son qoyursunuz. Allah Sizdən razı olsun, Allah köməyiniz olsun.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüş zamanı deyib.

Mustafa Rifat bildirib: "Bizim üzərimizə hansı vəzifə düşürsə, türk qardaşlarınızın, Türkiyədəki qardaşlarınızın üzərinə hansı vəzifə düşürsə, 24 saata yanınızdayıq. Bizə xəbər göndərməyiniz kifayət edər, cənab Prezident. O gündən bəri Türkiyənin Odalar və Borsalar Birliyinin binasının önünü biz Azərbaycan bayrağımızla bəzədik. O gündən bəri belədir. Bu, bütün sosial mediada yayıldı. O günki Siz əməliyyata başladınız, Ankaranın ən prestijli binalarından birində Azərbaycan bayrağını qaldırdıq".


Etiketlər:  Bizim üzərimizə hansı vəzifə düşürsə saata Azərbaycanın yanındayıq Mustafa Rifat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ