Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bavariya”nın prezidenti Alaba ilə bağlı son qərarı açıqladı

''Bavariya”nın prezidenti Alaba ilə bağlı son qərarı açıqladı

Tarix: 2 Noyabr 2020 16:38

Almaniyanın "Bavariya" klubu futbolçusu David Alaba ilə yollarını ayırmaq qərarına gəlib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, buna səbəb Avstriya millisinin üzvünün son təklifi də mənfi cavablandırması olub.

Münhen təmsilçisi 28 yaşlı sol cinah oyunçusuna yeni 5 illik saziş təklif etsə də, tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Klub prezidenti Herbert Hayner yerli mətbuata açıqlamasında bundan sonra Alaba ilə heç bir danışıq aparılmayacağını və təklif edilməyəcəyini deyib. "Bavariya" qış fasiləsində ulduz futbolçu üçün gələcək təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, David Alabanın klubu ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.

Milli.Az


Etiketlər:  Bavariyanın prezidenti Alaba ilə bağlı qərarı açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ