Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İbrahimoviç İsveç millisinə qayıdır?

İbrahimoviç İsveç millisinə qayıdır?

Tarix: 3 Noyabr 2020 08:08

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç yenidən İsveç millisində çıxış edə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 39 yaşlı hücumçu bu barədə tvitterdə paylaşım edərək, yığmaya dönəcəyinə işarə vurub. O, milli komanda forması ilə fotosunu paylaşıb və "Uzun müddətdir görüşmürük" yazıb.

Qeyd edək ki, Zlatan İbrahimoviç 2016-cı ildə millidəki karyerasını bitirib. Hücumçu bu mövsüm İtaliya A Seriyasında 4 oyunda meydana çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə edib. 2001-2016-cı illərdə millidə çıxış edən Zlatan 116 oyuna 62 qol vurub.

Milli.Az


Etiketlər:  İbrahimoviç İsveç millisinə qayıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ