Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2020 20:06
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 4-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə gedərək, səfir Erkan Özoral ilə görüşüb.
Nazirlər Kabinetindən Sonxeber.net-a bildirilib ki, Baş nazir Əli Əsədov Türkiyə Respublikasının keçmiş Baş naziri, görkəmli siyasətçi və dövlət xadimi Məsud Yılmazın vəfatı ilə əlaqədar başsağlığı verib.
Baş nazir səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.