Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - Müdafiə Nazirliyi

Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - Müdafiə Nazirliyi

Tarix: 5 Noyabr 2020 08:45

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 04:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

Milli.Az


Etiketlər:  Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub Müdafiə Nazirliyi


RƏYLƏR