Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kim seçilir seçilsin, heç kəs Ermənistanın nazı ilə oynamayacaq''

''Kim seçilir seçilsin, heç kəs Ermənistanın nazı ilə oynamayacaq''

Tarix: 5 Noyabr 2020 12:30

"ABŞ-da Donald Tramp və Co Bayden arasında keçirilən prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə heç bir təsiri olmayacaq".

Bunu Sonxeber.net-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, məsələyə Amerikanının maraqları prizmasından baxanda açıq görünür ki, Amerika daha güclü tərəfdaşla iş görmək niyyətindədir:

"Açıq deyim sizə, bu seçkilərin də nəticəsinin münaqişənin həllinə heç bir təsiri olmayacaq. Yəni, bu 30 il ərzində nə təsiri olub?! Seçkinin nəticələrinin Qarabağ münaqişəsində Ermənistanın xeyrinə heç bir təsiri olmayacaq. Amerika prezidentliyinə bütün namizədlər seçki qabağı dönəmdə hamısı ermənipərəst olurlar. Çünki Ermənistanın orada çox böyük təsir gücünə malik diasporası var, Konqresdə onlar təsirli lobbiçilik fəaliyyəti ilə məşğul olurlar. Namizədlər ona görə də lobbinistlərin marağına uyğun çox şeylər danışırlar. Amma nəticədə ABŞ-ın bütün prezidentləri ilk əvvəl Amerikanın maraqları prizmasından çıxış edirlər. Məsələyə Amerikanının maraqları prizmasından baxanda açıq görünür ki, Amerika daha güclü tərəfdaşla iş görmək niyyətindədir, güclü tərəfdaşa üstünlük verir, nəinki zəif tərəfdaşa.

Bu maraqlar milyardlarla dollarla ölçülür

ABŞ Ermənistanı neyləyir? Ermənistan Amerikaya hansı faydanı verəcək? Amerika Ermənistandan öz maraqları üçün regionda nə cür istifadə edə biləcək, hansı layihələri həyata keçirə biləcək? Bu sualların cavabı açıq-aydın bəllidir. Ona görə, istəyir Bayden gəlsin, istəyir Tramp qalsın, istəyir kimsə başqası gəlsin, ölkənin maraqları var. Bu maraqlar milyardlarla dollarla ölçülür. Burada real vəziyyət var. Real vəziyyət də ondan xəbər verir ki, heç kəs Ermənistanın nazı ilə oynamayacaq, necə ki, oynamır. Son hadisələr, ordumuzun şanlı qələbələri göstərir ki, Rusiyanın özü, hansı ki, regionda daha çox təsiri var idi, reallıqları olduğu kimi dərk edərək indiki siyasəti (hadisələri kənardan izələyir) aparır". 

Təhməz Əsədov


Etiketlər:  seçilir seçilsin heç kəs Ermənistanın nazı ilə oynamayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ