Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilər bəzi Azərbaycan məscidlərini “fars” məscidləri kimi təqdim edirlər - Qafqazşünaslıq İnstitutu

Ermənilər bəzi Azərbaycan məscidlərini “fars” məscidləri kimi təqdim edirlər - Qafqazşünaslıq İnstitutu

Tarix: 5 Noyabr 2020 21:30

Bakı İlhamə İsabalayeva - Trend:

İşğal edilmiş ərazilərimizdəki bəzi Azərbaycan məscidləri “fars” məscidləri kimi təqdim edilir.

Bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

Onun sözlərinə görə, Ermənistan vandalizm hərəkətlərini gizlətmək üçün bir çox məkrli addımlar da atır. Bu addımlar sırasında açıq-aşkar sıradan çıxarılması mümkün olmayan Azərbaycan məscidlərinin və abidələrinin digər xalqların maddi-mədəni irs nümunələri kimi təqdim edilməsi xüsusilə təhlükəli bir tendensiyadır:

“Təəssüf ki, bir çox hallarda Ermənistan tərəfi belə abidələrin “bərpası” prosesində qonşu İran İslam Respublikasını da cəlb edə bilib. Azərbaycan məscidlərini “fars məscidləri” kimi təqdim etməklə bu ölkəyə yarınmağa çalışan Ermənistan hətta bəzi dini tikililərin İran memarlarının iştirakı ilə “restavrasiyası”na şərait yaradır. Heç də təsadüfi deyildir ki, 2016-cı ilin dekabr ayında ermənilər İrandan olan şəxsləri də cəlb etməklə Şuşa şəhərindəki növbəti “fars dini tikilisi”nin - Yuxarı Gövhərağa məscidinin “Qarabağın erməni xalqının tarixi mülkiyyəti” kimi bərpasına başlamışlar”.

E.Kəlbizadə qeyd edib ki, ermənilər işğal edilmiş ərazilərimizdəki kənd məscidlərini daha çox dağıdıblar.

O əlavə edib ki, işğal edilmiş ərazilərdə məscidlərin yerlə yeksan edilməsi, onlardan müxtəlif heyvanların saxlanılması üçün istifadə edilməsi, vaxtilə xristian albanlar – azərbaycanlılar tərəfindən yaradılmış abidələrin “restavrasiyası” adı altında tarixinin saxtalaşdırılması və erməniləşdirilməsi, saxtalaşdırılması mümkün olmayan abidələrin dağıdılmış, baxımsız vəziyyətdə saxlanılaraq təbii amillərin təsiri altında yararsız və qəzalı vəziyyətə düşməsinə şərait yaradılması, işğal edilmiş ərazilərdəki məzarlıqlarda müsəlman məzarlarının təhqir edilməsi, dağıdılması yüzlərlə faktlar, video və foto materiallarla təsdiqlənir. Bu isə terrorizmlə yanaşı, vandalizmin də Ermənistanın dövlət siyasətinə çevrildiyini göstərir.


Etiketlər:  Ermənilər bəzi Azərbaycan məscidlərini fars məscidləri kimi təqdim edirlər Qafqazşünaslıq İnstitutu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ